Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Rusiya ilə silah sahəsində bəzi məsələləri həll edib

İrəvan və Moskva silah sahəsində problemli məsələlərin əksəriyyətini həll ediblər.

Bu barədə “Azadlıq” radiosuna Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya şirkətləri ilə silah sektorundakı problemli məsələlərin əksəriyyəti həll olunub", - qurumdan bildirilib.

Daha əvvəl qeyd edilmişdi ki, İrəvanın ödədiyi, lakin hələlik Moskva tərəfindən tədarük olunmayan silahlarla bağlı məsələ tərəfdaşlıq şəraitində həll edilməlidir.