Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Güclü Ermənistan" blokunun seçki siyahısının bəzi üzvlərinə qarşı cinayət təqibinin başlanması barədə ölkə prokurorluğunun vəsatətlərini təmin edib.

Bu barədə "Armenpress" məlumat yayıb.

Qeyd olunub ki, MSK blokun altı nümayəndəsinə qarşı bu cür addımların həyata keçirilməsini təsdiqləyib. Prokurorluq həmçinin onları həbs etmək hüququ əldə edib.

Bunundan əlavə, onların nədə ittiham olunduğu açıqlanmayıb.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniya dövründə "Güclü Ermənistan" nümayəndələri seçiciləri ələ almağa cəhd etdiklərinə görə dəfələrlə saxlanılıblar.