Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan prezidenti də Türkiyəyə başsağlığı verdi

“Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların həlak olması ilə əlaqədar Türkiyəyə səmimi qəlbdən başsağlığı verirəm”.

“Baqramyan26” bildirir ki, bu fikirlər Ermənistan prezidenti Vaaqn Xaçaturyanın başsağlığında əksini tapıb.

O, təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan da Türkiyəyə başsağlığı verib, zəlzələ nəticəsində zərərçəkənlərə yardım etməyə hazır olduqlarını bildirib.