Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamentinin spikeri: "Sülh sazişi bağlana bilər"

Bakı və Yerevan sülh sazişi bağlamağa yaxındırlar, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Sülh sazişi bağlamağa çox yaxınıq və bunun üçün tarixi fürsətimiz var. Yolların açılması bizim üçün prioritetdir və Ermənistan yolu, hətta dəmir yolunu da açmağa hazırdır", deyə Simonyan sentyabrın 24-də İctimai Televiziyanın efirində bildirib.

"Qranadada irəliləyiş əldə etməyi, tarixi şansdan istifadə etməyi çox istərdik. Əbədi müharibə heç kimə sərf etmir", deyə o qeyd edib.

Göründüyü qədər, oktyabrın 5-də Qranadada keçiriləcək görüşdə Əliyev və Paşinyan gələcək sülhün əsas parametrlərini razılaşdıra bilərlər.