Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan ordusunun 2-ci korpusunun komandir heyəti işdən çıxarılıb

Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılıb.

Bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Polkovnik Ermənistanın Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğına görə vəzifəsindən azad olunub.

Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.