Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü bildirib

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəddə ölən hərbçilərinin 4 nəfər olduğu barədə məlumat yayıb.

Ermənistan mətbuatı xəbər verir ki, daha bir hərbçi yaralanıb.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.