Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Müdafiə naziri istefaya göndərilir?

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək.

Pressklub.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunur.

Qəzet Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

“Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil”, - qəzet yazır.