Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimə çağırır

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb.

“Armenpress” xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək.

Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.