Ermənistan Azərbaycanla sərhədə qoşun yığır - VİDEO
31 Mart 2024
Yaxın saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
Bu barədə Ermənistandakı mənbələr sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.
Həmin görüntüləri təqdim edirik: