Ermənilərin daha bir saxtakarlığının üstü açılıb
20 Fevral 2023
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrdə əl atdıqları daha bir saxtakarlığın üstü açılıb. Söhbət Laçın rayonu ərazisində yerləşən və V-VI əsrlərdə əsası qoyulmuş Ağoğlan kilsə-monastır kompleksi ətrafında aparılmış qanunsuz arxeoloji qazıntılar və onun nəticələrindən gedir.
Pressklub.az-ın məlumatına görə, faktı mətbuata şərh edən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyası memarlıq abidələri və mənəvi irsinin tədqiqi sektorunun müdiri Natiq Alışov bildirib ki, ermənilər diasporun maliyyə dəstəyi ilə 1997-2001-ci illərdə qeyri-qanuni olaraq Ağoğlan monastırı ərazisində arxeoloji tədqiqat işləri aparıblar. Həmin qazıntılar zamanı alban xristian dövrünə aid çoxsaylı məzarlar aşkar edilib. Buradan götürülən nümunələr ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində radiokarbon analizlərə cəlb edilib və dəfn nümunələrinin VII-VIII əsrlərə aid olması müəyyənləşdirilib. “Analizlər nəticəsində əldə olunmuş digər elmi tutumlu informasiyalar hay mənafeyinə xidmət etmədiyindən məxfi saxlanılıb” – deyə alim bildirib.
N.Alışov qeyd edib ki, bu fakt, ermənilərin alban xristian tariximizi mənimsəmək yolunda əl atdıqları növbəti saxtakarlıqdır. Sözügedən qeyri-qanuni arxeoloji tədqiqatlara Q.Simonyan, Q.Sanamyan rəhbərlik edib. Qeyri-qanuni bərpa konservasiya işləri 2006-cı ilə kimi davam etdirilib.
Qeyd edək ki, işğal dövründə ermənilər monastırın interyerində dəyişikliklər edib, əsas fəaliyyətlərini abidənin altar apsidasına yönəldiblər. Altar hündürlüyünü dəyişərək, mərkəzi hissəyə yeni postament yerləşdiriblər. Abidənin üst örtüyünə Ermənistanda istehsal olunan qırmızı rəngli kirəmitlər döşənib, abidə üzərində yerləşən zəng qülləsinə metal xaç asılıb.
2020-ci ildə Vətən müharibəsində Laçın rayonunun qaytarılması üçün ayrılmış zaman çərçivəsində burada sərgilənən maddi-mədəniyyət nümunələri Ermənistana daşınıb.