Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər Rusiyanı ölkələrinə təhlükə kimi görür - SORĞU

Rusiya Ermənistanın təhlükəsizliyinə ən çox təhdid törədən ölkələrin reytinqində 3-cü pillədə qərarlaşıb. Bu barədə IRI İnstitutunun Ermənistanda apardığı sorğuların nəticələri göstərir.

Respondentlərin fikrincə, Ermənistana ən böyük təhdidi Türkiyə (88%) və Azərbaycan (81%) törədir. Rəyi soruşulanların 15%-i Rusiyanı siyasi, 17%-i isə iqtisadi baxımdan təhlükə hesab edir.

Türkiyə üçün bu göstərici müvafiq olaraq 90% və 68%, Azərbaycan üçün isə 77% və 52% olub.

Bununla belə, 57% Ermənistan vətəndaşı Rusiyanı əsas siyasi müttəfiq adlandırıb. Növbəti yerlərdə Fransa (50%) və ABŞ (38%) qərarlaşıb.

Respondentlərin 61% Rusiyanı, 40% İranı və 29% isə Çini əsas iqtisadi tərəfdaş sayır. (APA)