Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər İrəvanda Paşinyana qarşı aksiya keçirir, saxlanılanlar var

Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınları Nazirlər Kabinetinin qarşısında aksiya keçirir.

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın xarici siyasət kursunun əleyhinə şüarlar səsləndirirlər. Aksiya keçirilən əraziyə polis qüvvələri cəlb olunub.

Artıq etiraz aksiyasında polislə mitinq iştirakçıları arasında ilk toqquşma qeydə alınıb, polis bir neçə nəfəri saxlayıb.

Qeyd edək ki, mitinq iştirakçıları 44 günlük müharibənin nəticələrinə və Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursuna etiraz edirlər.

N.Paşinyan özü bu gün Çexiyada səfərdədir.