Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni xilasedicilər: “Türkiyədə təyyarədən enən kimi...”

Fevralın 6-da Türkiyənin Kahrmanmaraş bölgəsində baş vermiş zəlzələdən sonra dünyanın müxtəlif ölkələrindən bölgəyə xilasedicilər və humanitar yardım göndərildi.

Pressklub.az xəbər verir ki, Türkiyə ilə heç bir diplomatik münasibəti olmayan Ermənistan da bu ölkələr arasında idi. Fəlakətdən dərhal sonra Baş nazir Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurmuş, sonra isə İrəvandan humanitar yardım və xilasedicilər göndərmişdi.

Axtarış-xilasetmə işlərini başa vurub ölkəyə qayıdan erməni xilasedicilər Türkiyədə onlara göstərilən münasibət barədə suallara cavab veriblər. Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbəsinin rəisi, xilasetmə xidmətinin polkovnik-leytenantı Qarik Ağramanyan jurnalistlərin sualına cavab verərək qeyd edib ki, onlarla “olduqca yaxşı rəftar edirdilər”.

Polkovnik-leytenant daha sonra deyib: “Getdiyimizə və onlara dəstək olduğumuza, kömək etdiyimizə görə təşəkkür edirdilər. Təyyarədən enəndən sonra ilk andan yalnız minnətdarlıq və təşəkkür sözləri eşidirdik”.