Erməni müxalifəti parlamenti ələ keçirmək istəyir
04 May 2022
Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyaların təşkilatçıları bu gün parlamentin növbəti sessiyası zamanı binanı ələ keçirmək niyyətindədirlər.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
Xidmət sözügedən məsələ barədə quruma məlumat daxil olduğunu iddia edib.
“TASS”ın məlumatına görə isə, Ermənistan müxalifəti yaxın saatlarda İrəvanın mərkəzində Fransa meydanında böyük mitinq təşkil etməyə hazırlaşır. Həmin dəqiqələrdə meydana yaxın ərazidə yerləşən parlamentdə ölkənin Baş naziri Nikol Paşinyan çıxış edəcək. Bununla əlaqədar olaraq, hazırda parlamentin ətrafına polis əməkdaşları cəlb olunur.
Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.