Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni müğənnidən sərsəm xahiş: “Rusiya Ermənistana hücum etsin”

Erməni əsilli amerikalı müğənni, “System of a Down” qrupunun üzvü Serj Tankianın uğursuz tviti qalmaqala səbəb olub.

O, Qərbdən ölkənin silahla təmin olunması üçün “Rusiyadan Ermənistana hücum etməyi tələb edin” xahişini irəli sürüb.

“Biz Rusiyanı Ermənistana hücum etməyə inandırmalıyıq ki, bəlkə Qərb Azərbaycan və Türkiyə ilə döyüşmək üçün bizə silah və pul versin”, – Serj “Twitter”də vurğulayıb.

Bu sözlər Ukrayna və digər ölkələrdən olan bir çox istifadəçilərin hiddətinə səbəb olub.