Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni hərbçi elektrik vurması nəticəsində ölüb

Ermənistan silahlı qüvvələrinin hərbçisi Sünik vilayətinin Meqri şəhəri yaxınlığında yerləşən hərbi hissələrdən birində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bu barədə Ermənistan KİV-ləri xəbər verib.

Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, mayın 13-də saat 10:30 radələrində N saylı hərbi hissənin hərbi qulluqçusu Karen Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.