Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni diplomat: “Bu, Ermənistanın ziyanına işləyir... müharibəyə hazırlaşmalıyıq”

“Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlər üzərində oynayır və bu, onun öz maraqları üçün təhlükəlidir”.


Pressklub.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu sözləri xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyan deyib. O, Avropa monitorinq missiyasının gəlişi və rusiyalı tərəfdaşlarla polemika kontekstində İrəvanın siyasətini belə şərh edib. Keçmiş diplomat hesab edir ki, Ermənistan Qərb və Rusiya vektorlarını birləşdirməyə yox, onlara qarşı çıxmağa çalışaraq təhlükəli yola düşüb.


“Aİ missiyasının mandatı, funksiyaları, müddəti və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılmasına verə biləcəyi töhfə ilə bağlı Rusiyada suallar yaranır.


İndi problem ondadır ki, erməni tərəfi Moskva ilə Qərb paytaxtları arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışır və bu, Ermənistanın özünə qarşı işləməyə başlayır”.


Apitonyan hesab edir ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinin bütün potensialından demək olar ki, heç vaxt tam istifadə etməyib. O, Ermənistanın xarici siyasət balansını saxlamaq üçün bəzən öz maraqlarını qurban verməsini “qorxaq siyasət” adlandırır.


Apitonyanın fikrincə, bu gün Ermənistanın ətrafında təhlükəsizlik mühitinin yaxşılaşdırılması təkcə bacarıqlı diplomatiya və yumşaq güc deyil, həm də sərt güc tələb edir.


“Daxili təşkilatlanma lazımdır və Ermənistanda cəmiyyət ölkənin müharibə vəziyyətində olduğunu hiss etməli və hər bir proses bu məntiqə tabe olmalıdır. Çünki bu müharibə mütləq olacaq, biz ona hazırlaşmalıyıq.


Rusiya istiqamətindən əlavə, müdafiə sistemini gücləndirmək üçün böyük potensial İranla qarşılıqlı fəaliyyətdir. 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Ermənistanın İslam Respublikası ilə hərbi-siyasi əməkdaşlığı intensivləşdirmək imkanı var idi və ABŞ-dan heç bir irad olmayacaqdı. Sonra vəziyyət dəyişdi. Nəzərə alsaq ki, Türkiyə indi öz daxili problemləri ilə məşğuldur, Ermənistan regional siyasətində müəyyən korrektələr edə bilər. Siyasət - mövcud imkanlardan istifadə etmək və yeni imkanlar yaratmaqdır” – keçmiş diplomat bildirib.