Ərdoğandan Yunanıstana xəbərdarlıq: "Özünüzə gəlin"
09 İyun 2022
Türkiyə prezidenti Racep Tayyip Ərdoğan (Erdogan) bildirib ki, Yunanınstan qeyri-hərbi statuslu adaları silahlandırmaqdan əl çəkməli və beynəlxalq razılaşmalara əməl etməlidir.
Reuters-in məlumatına görə, o bunu iyunun 9-da Türkiyə ordusunun ölkənin qərb sahillərində keçirdiyi hərbi təlimləri müşaidə edərkən deyib.
"Yunanıstanı peşmançılıqla nəticələnəcək xəyallar, hərəkətlər və bəyanatlardan çəkinmək üçün xəbərdar edirəm. Özünüzə gəlin", - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan bildirib ki, Türkiyə Egeydəki hüquqları və adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrdə göstərilən hüquqlarından geri çəkilməyəcək".
Ankara Yunanıstanı bu yaxınlarda Egey dənizindəki mübahisəli adalar üzərində hava məkanını pozmaqda günahlandırır və son vaxtlar tərəflər arasındakı gərginliyin artdığı müşahidə olunur.
NATO üzvü olan bu iki ölkə, 5 illik fasilədən sonra- ötən il Aralıq dənizindəki mübahisəli ərazilər və digər fikir ayrılıqları ilə bağlı ikitərəfli danışıqları bərpa etmişdilər.
Qeyd edək ki, uzun illərdi ki, Araqlıq dənizindəki mübahisəli ərazilər, dənizdəki təbii sərvətlər, habelə 1974-cü ildən ikiyə bölünmüş Kipr adası üstündə mübahisə gedir.
Tərəflər vaxtaşırı bir-birini özlərinin hava məkanı və dəniz sərhədlərini pozmaqda günahlandırır.