Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.

"Evropeyskaya Pravda"nın verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin əvvəllərində baş tutacaq səfər zamanı strateji səviyyəli danışıqlar aparılacaq.

Nazir qeyd edib ki, səfər təhlükəsizlik və Krım məsələsi kontekstində çox önəmlidir.