Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünü təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistana Qarabağ problemilə bağlı liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif etdiyini bildirib, TASS məlumat yayıb.

"Bəli, əvvəlcədən planlaşdırıldığı kimi, üçtərəfli formatda danışıqlar aparmaq bizim üçün prioritetdir. Ancaq biz dördtərəfli formatda da görüş təklif etdik. Belə bir təklif verdilər. Yəni, mən özüm, Putin (Rusiya prezidenti) Putin, İlham Əliyev (Azərbaycan prezidenti) və Nikol Paşinyan (Ermənistanın baş naziri). Dedim, gəlin görüşək, atılacaq addımları birlikdə müzakirə edək. Hazırda bu təklifə nə mənfi, nə də müsbət cavab almamışıq", - Ərdoğan Nyu-Yorka yola düşməzdən öncə İstanbulda keçirilən mətbuat konfransında deyib.