Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan təsdiqlədi: "Putin-Zelenski görüşünü təşkil etmək istəyirik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.

Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:

“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.

Onun sözlərinə görə,  regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.