Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Suriyada yeni antiterror əməliyyatı BARƏDƏ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni antiterror əməliyyatının başlanacağına dair məsələyə münasibət bildirib.

Cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Türkiyə ABŞ-ın da dəstəklədiyi terror təşkilatlarına qarşı mübarizə aparmaqda qətiyyətlidir.

O, PKK/YPG terror təşkilatı tərəfindən Suriyadan edilən son hücum nəticəsində iki polisin şəhid olduğunu xatırladıb.

“Bundan sonrakı prosesdə mübarizəmiz çox daha fərqli şəkildə davam edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.(APA)