Ərdoğan səhhəti ilə bağlı açıqlama verdi: "Yaxşıyam"
26 Aprel 2023
“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: “Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tviterdə səhhətindən yazıb: “Gərgin iş rejimi nəticəsində canlı yayımda halım pisləşdiyinə görə “keçmiş olsun” arzularını çatdıran, dualarını əskik etməyən millətimin hər bir fərdinə, hər bir qardaşıma təşəkkür edirəm”.
O bildirib ki, həkimlərin tövsiyəsinə uyğun olaraq bu gün evdə istirahət edəcək: “Kırıkkaleli, Yozqatlı ve Sivaslı qardaşlarımızla təəssüf ki, bu gün görüşə bilməyəcəyik. Hər birindən xahiş edirəm ki, haqlarını halal etsinlər”.
R.T.Ərdoğan qeyd edib ki, bu gün vitse-prezident Fuat Oktay Kırıkkale, Yozqat ve Sivasa gedəcək: “Allahın köməkliyi ilə sabahdan etibarən işlərimizə davam edəcəyik. Əziz millətimizi Türkiyə yüz ili hədəflərinə çatdırmaq üçün çalışmağa davam edəcəyik. Bütün vətəndaşlarımıza sağlamlıq arzulayıram”.
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.