Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Paşinyanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-nin Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

“Sputnik Armenia”ya xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşürlər.

Bildirilib ki, Nikol Paşinyan sentyabrın 22-də Nyu-Yorka səfərə gedib.

Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıb.