Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Özelə qarşı ikinci iddia qaldırdı - Yenə təzminat tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı daha bir məkməmə iddiası qaldırıb.

“Anadolu” xəbər verir ki, iddiaya səbəb Özelin aprelin 9-da Şişli bələdiyyəsi qarşısında etdiyi çıxışda işlətdiyi ifadələr olub.

Məlumata görə, iddia 500 min lirə məbləğində mənəvi təzminat tələbi ilə açılıb.

Xatırladaq ki, aprelin 8-də Ərdoğan Özelə qarşı oxşar iddia ilə məhkəməyə müraciət edib. Buna partiya rəhbərinin 1-ci növbədənkənar qurultay zamanı prezidenti hədəf alan haqsız ifadələri səbəb olub.