Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan: “İsveç və Finlandiyanın üzvlüyü təhlükəsizliyimiz və NATO-nun gələcəyi üçün riskdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan “The Economist” jurnalı üçün məqalə yazıb.

Dövlət başçısı məqaləsində İsveç və Finlandiyanın NATO üzvlüyünün yaratdığı risklərdən bəhs edib.

O, təşkilatı və onun üzvlərini terrorla mübarizədə səylərini birləşdirməyə çağırıb. Bunu etməyə hazır olmayan ölkələrin alyansa qəbul edilməsinin həm Türkiyənin təhlükəsizliyi, həm də NATO-nun gələcəyi üçün riskli olduğunu vurğulayıb.

“Terrorla mübarizə aparmaq istəməyən heç bir ölkənin Ankaraya göstəriş vermək səlahiyyəti yoxdur. Hesab edirik ki, NATO üzvləri terrorla mübarizədə ikili standartlar tətbiq etsələr, alyansın etimadı və etibarı təhlükə altına düşəcək”, - Ərdoğan qeyd edib.