Ərdoğan günahkarları tapdı: “Zəlzələdə dağılan binaların 98 faizi 1990-cı ildən əvvəl tikilib”
15 Fevral 2023
“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1990-cı ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib.
O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq.
“İtirməyə bir dəqiqə belə qalmayacağının fərqində olaraq, zərərin qiymətləndirilməsi başa çatan yerdə tikinti işlərinə davam edəcəyik. Martın əvvəlində 30 min evin tikintisinə başlaya bilərik. Bir neçə ay ərzində bütün xətlərin çəkilişinə başlanılacaq. Zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını çadırlar, konteyner yataqxanaları, hotel otaqları və hər cür şəraiti olan ictimai mehmanxanalarla təmin etməyi planlaşdırırıq. Məqsədimiz mənzil ehtiyacını 1 ilə tamamlamaqdır”, - deyə dövlət başçısı bildirib.
O, əlavə edib ki, dövlət heç bir vətəndaşını nəzarətsiz qoymayacağıq və işin davam etdirilməsini təmin edəcək.