Ərdoğan: “6 fevralda baş verən zəlzələ 1999-cu ildəkindən 3 dəfə güclü olub”
11 Fevral 2023
“Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fəlakətdən üç dəfə güclü olub”.
Pressklub.az verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölü və ya diri heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq. Ən qısa zamanda bərpa işlərinə başlayacağıq. Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq. Zəlzələ baş verən 10 əyalətdə yayadək təhsil distant formada həyata keçiriləcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə tarixində ən böyük fəlakət olan 1999-cu il zəlzələsindən üç dəfə böyük və dağıdıcıdır: "Eyni zamanda fevralın 6-da baş verən zəlzələ 1939-cu il Ərzincan zəlzələsindən daha geniş ərazidə fəlakət törədib. Bu zəlzələni dağıdıcılığı 7 baldan yuxarı olan Çankırı, Çanaqqala, Gerede, Varto, Mudurnu və Muradiye zəlzələləri ilə müqayisə etmək mümkün deyil”.