Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ənənəvi təkzib - Putin Ukraynadakı qətliamı feyk adlandırdı

"Belarus Prezidenti Aleksandr Lukaşenko Buçadakı təxribatla bağlı sənədləri təqdim edib".

Bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Buçadakı hadisənin saxta olduğunu söyləyib.

Putin Suriyada da oxşar təxribatların törədildiyini xatırladıb:

“Prezident Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham edərək oxşar təxribat törədilmişdi. Sonra məlum oldu ki, bu feykdir. Eyni feyk Buçadadır".