Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarıldı

Parlamentin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. Bununla da, Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.

O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunacaq.

Xatırladaq ki, bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

Daha sonra Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib. Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.