Əliyev və Paşinyan Münhen Konfransına qatılacaqlar
16 Fevral 2023
Fevralın 17-dən 19-dək Münhendə ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək.
Pressklub.az xəbər verir ki, konfransın işində dünyanın müxtəlif ölkələrinin dövlət başçıları və rəsmi şəxsləri iştirak edəcəklər.
Ermənistanın Baş naziri Nokol Paşinyan konfransa qatılacağını bildirsə də, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı barədə rəsmi mənbələr hələlik məlumat yaymayıblar. Ancaq Ermənistan mediasında yayılan xəbərə görə, konfransın təşkilatçıları Prezident İlham Əliyevin də tədbirə qatılacağını təsdiqləyiblər.