Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əli Həsənovun şirkəti bağlanır

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur.

Şirkət bununla bağlı elan verib.

Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.

Qeyd edək ki, mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa “Kaspi” qəzeti, “Azərbaycan müəllimi”, “Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.