Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elektrikli skuterləri ilə bağlı qadağalar genişlənir

Qazaxıstanda elektrikli skuter sürənlərdən sürücülük vəsiqəsi tələb ediləcək. Bununla bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilib.

Belə ki, Qazaxıstanda elektrikli skuter nəqliyyat vasitəsi hesab ediləcək. Sözügedən nəqliyyat vasitələri ilə vətəndaşlar səkilərdə və yol kənarlarında saatda 6 kilometr sürətlə hərəkət edə biləcəklər.

Lakin onların yaşının 18-dən yuxarı olması və sürücülük vəsiqəsinin olması vacibdir.

Qeyd edək ki, artıq bəzi ölkələrdə elektrik skuterləri ilə bağlı qadağalar tətbiq edilib. Bu sıraya insanların çox olduğu yerlərdə, avtomobil yolunda hərəkət etmək qadağası, yaş həddi, sağlamlıq vəziyyəti və s. daxildir.