Elçin Sadıqov Əvəz Zeynallıya qarşı: "Dedim ki, bu yaxşı adam deyil..."
28 Mart 2023
Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
E.Sadıqov hər hansı cinayət əməli törətmədiyini bildirib. Vəkil Əvəz Zeynallının onu aldatdığını əlavə edib:
“Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Əvəz Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Əvəz Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib.
Əvəz Zeynallıdan Rasim Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükür etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Rasim Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil. 14 il pulsuz vəkillik etmişəm, indi bir şey xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq”.
Elçin Sadıqov əlavə edib ki, həmin gündən sonra Əvəz Zeynallı dayanmayıb, əskinə hər gün Rasim Məmmədova və ailə üzvlərinə qarşı danışmağa başlayıb: “Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də, Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq, pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim.
Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.
Vəkil qeyd edib ki, Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.
Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
Daha sonra Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib və barəsində cinayət işi açılıb.