Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ekspertlər Moskvanın Qarabağ üçün “Minsk razılaşmalarını" irəli sürməsi barədə

Martın 20-də Yerevanda Rusiyanın xarici işlər naziri Sergey  Lavrovun həmkarı Mirzoyanla danışıqlarının yekunlarına dair nitqi Azərbaycanda əksəriyyət tərəfindən məmnunluqla qarşılanıb. Şərhçilər Lavrovun sözlərində hansısa statusun hazırlanması üçün xarici diplomatların nəzarəti altında Bakı və separatçılar arasında danışıqların vacibliyi barədə ermənilərin tələblərinə açıq dəstəyin olmamasını bəyəniblər. Bakıdakı digər analitiklər Rusiya Federasiyasının siyasətində Azərbaycana qarşı təhlükəni görərək Facebook-da narahatlıqlarını bölüşürlər.

Əvvəlcə Lavrovun nitqini xatırlayaq. O hesab edir ki, Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti məsələləri Xankəndi və Bakı nümayəndələri arasında həll olunmalıdır. O, Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında və onunla əlaqədar digər məsələlərin həllində Qərblə qarşılıqlı əlaqəni istisna edib. Rusiya bizə nümunə olaraq Kiyevlə Minsk razılaşmalarını göstərir. "Bu, ana dilinə sahib olmaq, uşaqları bu dildə oxutmaq, yaşamaq, işləmək, ondan istifadə edərək öz mədəniyyətini, dinini qorumaq, yerli özünüidarəetmə qabiliyyətinə malik olmaq,  öz həmvətənlərilə xüsusi iqtisadi və ticarət əlaqələrinə malik olmaq hüququdur (Donbas məsələsində bu, Rusiya idi, - qeyd. Lavrov)", - rusiyalı nazir deyib.

O, sözlərinə davam edib ki, təxminən eyni hüquqlar "on il öncə Belqrad və Priştina arasında imzalanmış müqavilədə nəzərdə tutulmuşdu. "Qarabağlılar üçün istənilən oxşar vəziyyətdə olduğu kimi eyni hüquqlar dəsti lazım olacaq: Donbas, Kosovo və Kosovonun serb rayonları, Dağlıq Qarabağ (Ermənistan və Azərbaycan liderlərinin 21 dekabr 1991-ci il Alma-Ata bəyannaməsinin müddəalarına sadiqliyini təsdiq etməsi kontekstində, qeyd. Lavrov).

Rusiya Azərbaycan, Rusiya,prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş bütün üçtərəfli razılaşmaların  "tam həcmdə, heç bir improvizasiya olmadan" yerinə yetirilməsinin tərəfdarıdır.  Hər şeydən öncə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış razılaşmaların.

"Laçın dəhlizi probleminə yalnız bu kontekstdə baxılmalıdır. Yalnız Laçın dəhlizilə bağlı razılaşmaların aspektlərinin tam yerinə yetirilməsi mövcud vəziyyəti "yoluna qoya bilər", - Lavrov deyib.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağda və regionda Rusiyanın "yoluna qoymaq" niyyətində olduğu vəziyyəti təsvir edib: “Rusiya Federasiyası, ABŞ və Avropa narazıdır ki, Azərbaycan tərəfdən  separatçılara təsir yoluyla “münaqişəni idarəetmə sistemi" siyasi təsir aləti olmaqdan çıxır; ayrı-ayrı xarici dairələrin ermənilərin mövqeyini dəstəkləməsi münaqişəli qarşıdurmanı davam etdirmək istəyən Ermənistanın siyasətilə üst-üstə düşməsilə şərtləndirilib; erməni elita Ermənistan əhalisini və Qarabağ ermənilərini nail olmaq mümkün olmayan məqsədlər naminə yeni qurbanlara hazırlayır”.

"Bizim Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazidə güc əməliyyatı aparmaqdan və qalan əraziləri işğaldan azad etməkdən başqa seçimimiz qalmır. Sanksiyaların və ya qətnamələrin qəbulu təhlükəsi ölkə Konstitusiyasına uyğun olaraq suverenlik və ərazi bütövlüyümüzün bərpası siyasətimizin həyata keçirilməsində bizim üçün maneə ola bilməz", - T.Zulfuqarov bildirib.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov Rusiyaya məsləhət görür ki, "Mirzoyanı ayağa qaldıranın” Moskva olmadığını bilsin, Yerevan isə Moskvaya Qərbin, xüsusən də Avropa İttifaqının tövsiyələrindən sonra qulaq asır. Məhz avropalılar Paşinyana məsləhət görürlər ki, indiki mərhələdə Rusiya ilə münasibətlərin daha çox pisləşməsinə getməsin, çünki Rusiya "yerdədir". Avropa İttifaqının "yerdəki" resursları azdır - yalnız Avropa İttifaqının Ermənistandakı missiyası şəklində butaforiya, bu barədə Bakıda az adam Ermənistan tərəfindən Azərbaycanın təhlükəsizliyinə təhdid olduğu zaman xatırlayır. "Bu, Ermənistan rəhbərliyinin avropalıların tövsiyəsi və Rusiyanın köməyilə vaxt qazanmaq cəhdindən başqa bir şey deyil".

F.Məmmədov sülh sazişinin imzalanmasından yayınan Yerevana xəbərdarlıq edib ki, hərbi eskalasiyada məqsəd "Qarabağda Ermənistan Silahlı Qüvvələrinin hərbi infrastrukturu və nəzarət-buraxılış məntəqəsinin yaradılması əməliyyatı olacaq. Ermənistan Silahlı Qüvvələrini şərti sərhəddə əzmək olar ki, özləri üçün təhlükəni hiss etsinlər, o zaman daha söhbətcil olarlar. Zamanla sınanıb. Yeni reallıq diplomatik yolla da irəliləməyə imkan verəcək".

Eyni zamanda, o, Bakıya Qərbin Azərbaycana qarşı sanksiyalarının mümkünlüyü barədə düşünməyi, onlara hazırlaşmağı məsləhət görür.

Tarixçi Eldar Ginesli Lavrovun ermənilər üçün irəli sürdüyü Minsk razılaşmaları nümunəsində yerli özünüidarəetmə planına qarşı çıxır. O, Facebook-da yazır: Yerli özünüidarəetmə müəyyən çərçivədə yol veriləndir, hətta faydalıdır, məsələn, yerli və dövlət büdcə vəsaitlərinin bölüşdürülməsi məsələsində yerli hakimiyyət orqanları vəsaitin haraya, bölgənin iqtisadi və sosial inkişafına yönəldiləcəyini daha yaxşı bilirlər.

Lakin Donbasla bağlı Minsk razılaşmalarının xatırlanması kontekstində "yerli özünüidarəetmə" məsələsi xüsusi məna kəsb edir. Lavrov hesab edir ki, ermənilərin hüquqları Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Donbas sakinləri üçün nəzərdən tutulduğu kimi olmalıdır.

Ginesli Donbas sazişinin (2015) mətninə diqqət çəkir. "Orada dil haqqında  Lavrovun danışdığından daha az şey deyilir, lakin daha qəti şəkildə deyilir - "dillə bağlı özünü təyinetmə hüququ" başa düşdüyüm kimi, bizim konteksdə erməni dilindən təkcə tədris prosesində yox, bürokratik yazışmalarda da istifadə etmək hüququnu təmin etməlidir... Və sazişdə belə məqalə var: “11. 2015-ci ilin sonunda Ukraynada əsas element kimi desentralizasiyasını (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusiyyətləri (bu bölgələrin nümayəndələrilə razılaşdırılmış) nəzərə alınmaqla) nəzərdə tutan yeni konstitusiyanın qüvvəyə minməsilə yeni konstitusiya islahatının aparılması, həmçinin qeydlərdə göstərilən tədbirlərə uyğun olaraq 2015-ci ilin sonunadək Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda daimi qanunvericiliyin qəbulu.  Həmçinin Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında ictimai asayişin qorunması məqsədilə yerli sovetlərin qərarı ilə xalq milis dəstələrinin yaradılması nəzərdə tutulur".

Lavrov Azərbaycan üçün guya məqbul variant kimi Belqrad və Priştina (Kosovo) arasında sazişi (2013-cü il Brüssel sazişi) göstərib. O zaman Kremlpərəst KİV  bu sazişi "Serbiyanın kapitulyasiyası" adlandırmışdı. Ancaq bizə onu təklif edirlər. 2018-ci ilin yazında iş o yerə çatdı ki, Belqradın Kosova üzrə dair danışıqlara məsul olan xüsusi nümayəndəsi sərhədi pozmaqda ittiham olunaraq Priştinadan deportasiya edildib, tarixçi xatırladıb.

"Rusiyanın Qarabağ regionunda separatçılar üçün təklif etdiyi status, əgər onu Donbas və ya Priştina variantlarına görə qiymətləndirsək, Azərbaycan SSR DQMV-də olan statusdan müqayisə olunmaz dərəcədə yüksəkdir", - Eldar Ginesli xəbərdarlıq edib.