Ekspert: “Ölkədəki xırda bankların iflas həddinə çatacağını görəcəyik”
30 May 2023
Azərbaycan Mərkəzi Bankı son hesabatında bildirib ki, bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,97 bənd təşkil edib. Bu göstərici 2023-cü ilin aprelin 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-i ilə müqayisədə 0,56 bənd, 2022-ci ilin mayın 1-nə nisbətən isə 0,93 bənd azdır. Bu göstəricinin ən yüksək həddi 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, pulun dövretmə sürəti nağd və qeyri-nağd pul vəsaitlərinin hərəkət intensivliyidir.
Onun sözlərinə görə, əgər ölkə iqtisadiyyatında işgüzar fəallıq yüksək, iqtisadiyyata investisiya qoyuluşu qənaətbəxş və alış-veriş, əhalinin gəlirləri, tələb və təklif arasında balans normal olarsa, manatın dövretmə sürəti də yüksək olacaq:
“Yaxud ölkə iqtisadiyyatında inflyasiya baş verərsə, təklif tələbi ödəməsə, investisiya fəallığı, işgüzar aktivlik aşağı vəziyyətdə və məhdud xarakterli olarsa, o zaman pulun dövretmə sürəti də zəifləyəcək. Onu da nəzərə alaq ki, 2020-ci ilin əvvəlindən bu günə qədər ölkədə inflyasiya və bahalaşma tendensiyası davam edir və hələ də səngiməyib. Buna uyğun olaraq, Mərkəzi Bank antiinflyasiya tədbirləri həyata keçirməyə və manatın dövretməsini məqsədəuyğun şəkildə azaltmağa məcbur qalır”.
Müsahibimiz hesab edir ki, ölkədə pulun dövretmə sürətinin azalmasında AMB-nin məhdudlaşdırıcı pul-kredit siyasəti əsas rol oynayır:
“Nə qədər ki ölkə iqtisadiyyatında inflyasiya və bahalaşma prosesi səngiməyəcək, hökumətin və Mərkəzi Bankın antiinflyasiya tədbirləri davam edəcək ki, bu da işgüzar aktivliyin və investisiya fəallığının məhdud çərçivədə qalmasını sürətləndirəcək. Buna görə də manatın dövretmə sürəti zəif olacaq. Bu proses yalnız inflyasiya səngidikdən sonra dayana bilər”.
Hazırda bank sektorunda paradoksal bir vəziyyətin hökm sürdüyünü söyləyən P.Heydərov bankların iki şəraitdə pul verə bilmədiyini diqqətə çatdırıb:
“Ya onun likvidlik vəziyyəti, yəni maliyyə ehtiyatları azdır, istədiyi səviyyədə kredit verə bilmir, yaxud da pulu var, amma likvidlik səviyyəsi yüksəkdir, amma vəsaiti yönəltməyə, kredit verməyə sahə yoxdur. Olsa da, yüksək risk daşıyır. Hazırda ölkəni bank sektorunda vəziyyət ikinci amilə daha uyğundur.
Əslində, banklarımızın maliyyə vəziyyəti qənaətbəxşdir, amma kredit faizləri yüksəkdir, hətta kreditləşmə lazımi səviyyədə deyil. Bu da işgüzar fəallığın zəif olması ilə bağlıdır. Buna görə də yaxın vaxtlarda digər xırda bankların da iflas həddinə çatacağını müşahidə edəcəyik. Bununla belə, Mərkəzi Bankın “Günay Bank”dan sonra digər bankların da bağlanmasına gedəcəyinə inanmıram”. (Bizim.Media)