Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfsanəvi futbolçu oğlu ilə birgə əlində silah Ukraynanı qoruyur - FOTO

1986-cı ildə Avropanın ən yaxşı futbolçusu hesab edilən Kiyev "Dinamo"sunun və SSRİ yığmasının keçmiş hücumçusu İqor Belanov Ukraynanı Rusiya təcavüzündən müdafiə edir.

Sport.ua xəbər verir ki, əfsanəvi futbolçu doğma şəhəri olan Odessanın müdafiəsi üçün əlinə silah alıb. Amma o, mübarizədə tək deyil. Belanov oğlu Valeriyilə birgə səngərdədir.

"Bir daha heç vaxt təkrarlanmasın!  Müharibədə yaxşı heç nə yoxdur. O romantikadan məhrumdur. Günahsız körpələr, yaşlılar ölür. Ordumuzun əsgərləri canlarını qurban verir. Ukraynanın yaxşı oğul və qızları ölür.

Vətənimə sülh arzu edirəm. Həyasızcasına ölkəmizə soxulan və bizim azad və qəhrəman xalqımızı, torpağımızı məhv etməyə çalışan işğalçıya qarşı duran hər kəsə eşq olsun. Mən İqor Belanov və oğlum Valeri Belanov Ukraynanın qələbə çalacağına inanırıq.

Ukraynaya eşq olsun!”, - Belanov yazıb.