Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
14 Oktyabr 2021
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.
TASS xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb.
Qeyd edək ki, bu, "Taliban"ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.(Report)