Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda jurnalistlərə qarşı hücumlar çoxalır

Radikal “Taliban” hərəkatı tərəfindən ölkədə hakimiyyət ələ keçirildikdən sonra Əfqanıstanda jurnalistlərə qarşı 30-dan çox zorakılıq hadisəsi qeydə alınıb.

“TOLO news”agentliyinin məlumatına görə, bu barədə çərşənbə günü Kabildə keçirdiyi mətbuat konfransında Əfqanıstan Jurnalistlər Milli Birliyinin sədri Məsrur Lütfi bildirib.

O, son günlər ölkədə jurnalistlərin vəziyyəti ilə bağlı ətraflı təhlil apardıqlarını açıqlayıb: “Əfqanıstanda yeni hökumət qurulandan bəri həmkarlarımıza qarşı 30-dan çox zorakılıq faktı müəyyən etdik. Bütün hadisələrin təxminən 90%-i “Taliban”la əlaqəli qüvvələr tərəfindən törədilib”.

Lütfi diqqətə çatdırıb ki, jurnalistlər çox vaxt radikalların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən məlumat çatışmazlığı və ya ona tam çıxışın olmaması ilə üzləşirlər.

Bu arada müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Səid Xosti söz verib ki, radikal hərəkat hazırda jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün səylər göstərir. Xosti əlavə edib ki, Əfqanıstan səlahiyyətliləri ayrı-ayrı insidentləri təhlil edərkən cinayətkarları müəyyən edib və onları media işçilərinə qarşı təhqiramiz hərəkətlərə görə saxlayıblar.(APA)