Düyünə düşmüş danışıqlar: sülh mümkündürmü?
09 Fevral 2023
Ermənistan sülh sazişi təklifləri ilə bağlı Bakıdan növbəti cavab alıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında bildirib.
Nazir iddia edib ki, dekabrda Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılırmış. Lakin Ermənistan Azərbaycan tərəfinin Laçın dəhlizini “bağlaması” ilə bağlı yaranmış vəziyyətə görə görüşdə iştirakını təxirə salıb. “Buna baxmayaraq, biz öz təkliflərimizi verdik. Bir neçə gün əvvəl Azərbaycan tərəfindən növbəti cavab aldıq”, - Mirzoyan bildirib.
Ermənistan xarici işlər naziri qeyd edib ki, bu, uzunmüddətli, mərhələli prosesdir. “Biz işləməyə davam edirik. Anlamaq çox vacibdir ki, Laçın dəhlizi bağlı olsa və problemlər qalsa da, danışıqlar prosesi dayanmayıb. Başqa bir məsələ ondan ibarətdir ki, Bakının anti-erməni ritorikası, Ermənistana, yaxud Artsaxa (Qarabağ – red.) qarşı olmasından asılı olmayaraq, atdığı addımlar danışıqlar prosesinə heç bir töhfə vermir, hətta əngəl törədir. Azərbaycanın təcavüzkar hərəkətləri - Ermənistana qarşı təcavüzün nəticələri, Artsaxdakı (Qarabağ – red.) humanitar böhran aradan qaldırılmayıb”, - deyə Mirzoyan qeyd edib. Eyni zamanda, nazir əmin edib ki, rəsmi İrəvan istənilən şəraitdə sülh gündəminə sadiqdir və regionda davamlı sülhə nail olmaq üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, bu proses bir ildən artıqdır davam edir. İrəvan bu müddət ərzində dəfələrlə Bakının təklif etdiyi 5 bəndin Ermənistana uyğun olduğunu bəyan etsə də, bunun müqabilində şərtlər irəli sürüb.
Azərbaycanın təkliflərinin mahiyyəti ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından əl çəkilməsi, sərhədin demarkasiyası və sülh müqaviləsinin bağlanması ilə bağlıdır.
Erməni tərəfi Qarabağ ermənilərinin sülh müqaviləsində qeyd olunmasını və onlar üçün müəyyən statusun tanınmasını tələb edir, rəsmi Bakı isə bunu qəbuledilməz sayır.
Beləliklə, Mirzoyanın açıqlamasından da görürük ki, proses çətinliklə də olsa, gedir. Azərbaycan prezidenti keçən ilin sonunda çox şəffaf şəkildə eyham vurdu ki, Ermənistanın 2023-cü ildə nəsə etmək imkanı var, Bakı bu ilin sonuna qədər dözə və hərtərəfli sülh müqaviləsinin bağlanmasını gözləyə bilər. Baxmayaraq ki, hazırda gedən proseslər bu baxımdan o qədər də nikbin deyil.
Maraqlıdır, bu il tərəflər arasında tam kompromis formasında sürpriz ola bilərmi? Məsələn, Ermənistan tərəfi hansı şərtlərlə Qarabağın dağlıq hissəsinin Azərbaycanın ayrılmaz hissəsi kimi qeyd-şərtsiz tanınması ilə sülhə razılaşa bilər? Bu il ərzində bunun baş verməsi ehtimalı varmı?
Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Pressklub.az-ın suallarını cavablandırıb.
O, hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesinin ləng getməsinin bir neçə ciddi səbəbi var. Onun sözlərinə görə, bu, həm münaqişə tərəflərinin, həm də regionda maraqları olan beynəlxalq güclərin ziddiyyətli yanaşması ilə bağlıdır.
“Hazırda danışıqlar prosesinin gündəliyi 10 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsi ilə müəyyən edilir. Tərəflər müharibədən sonra bu Bəyannamə ilə üzərilərinə müəyyən öhdəliklər götürdülər. Ermənistan silahlı hərbi birləşmələrinin Qarabağdan çıxarılmasını hələ də həyata keçirmir. Bu, həm də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək dəhlizin açılmasına mane olur. Bundan başqa, Xocalıdan, Xankəndidən, Şuşadan və digər yaşayış məntəqələrindən zorla çıxarılan insanların yaşayış yerlərinə qaytarılması məsələsi də həllini tapmayıb.
Azərbaycanın təklif etdiyi 5 əsas prinsip beynəlxalq hüquqa uyğundur və regionda həqiqi sülhün bərqərar olmasına gətirib çıxara bilər. Ermənistan bu prinsipləri qəbul etdiyini bəyan etsə də, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mövqeyindən dönmür. O, Qarabağda yaşayan ermənilərin hüquqi statusu ilə bağlı iddialarla sülh danışıqlarını pozmağa çalışır.
Ermənistan hökuməti ümid edir ki, 2020-ci ilin noyabrından davam edən status-kvo Rusiya-Ukrayna müharibəsi nəticəsində dəyişə bilər. Rusiya Ukraynada uduzsa, Ermənistan Qərbin regionda artan rolundan yararlanmaq istəyəcək. Prosesin uzadılmasında əsas məqsəd beynəlxalq dəstəklə yeni status-kvonun əldə edilməsidir.
Azərbaycan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda iştirakı məqbul hesab edir. Bu il sülh prosesinin yekun müsbət nəticəsi real görünmür. Ermənistan hökuməti ilə rəsmi Moskva arasında münasibətlərdə gərginlik artır. Rusiya bölgədəki mövqeyini qorumaq üçün sülh danışıqlarını öz nəzarətində saxlamağa çalışır. Qərb isə Rusiyanın zəifləməsindən istifadə edərək təşəbbüsü ələ keçirmək üçün fürsət gözləyir. Belə bir vəziyyətdə Ermənistan, Qərb və Rusiya sülh danışıqlarının irəliləməsi ilə bağlı oxşar mövqe tuturlar.
Azərbaycan Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı heç bir müzakirə masasına oturmaq niyyətində deyil. O, yalnız bütün silahlı erməni əsgərləri Qarabağdan çıxarıldıqda orada yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının beynəlxalq təminatına razılaşacaq. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədində, o cümlədən Laçın yolunda sərhəd-keçid məntəqələri və gömrük postları fəaliyyətə başlamalıdır. Bundan sonra Azərbaycan vətəndaşlığını qəbul etmiş bütün ermənilərin Ermənistana sərbəst gediş-gəlişi təmin edilməlidir. Yalnız bundan sonra istənilən beynəlxalq missiya Qarabağda ola və monitorinq apara bilər”, - deyə ekspert yekunlaşdırıb.
Rauf Orucov