Logo
news content
User
Kateqoriyalar

Xəbər

Durov: Rusiyada şəxsi həyat hüququnu və söz azadlığını boğmağa çalışırlar

Teleqram mesajlaşma tətbiqinin həmtəsisçisi Pavel Durov Rusiyada ona qarşı cinayət işinin başlanmasını təsdiqləyib.

O, bu vəziyyəti öz teleqram kanalında şərh edib.

"Rusiya mənə qarşı "terrora yardım" maddəsi ilə cinayət işi açıb. Hakimiyyət hər gün rusiyalıların teleqrama çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur, bununla da şəxsi həyatın toxunulmazlığı hüququnu və söz azadlığını boğmağa çalışır. Öz xalqından qorxan dövlət - kədərli mənzərədir", - Durov yazıb.

Daha əvvəl Rusiya KİV xəbər vermişdi ki, Federal Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Pavel Durov Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) üzrə cinayət işinin fiqurantı olub.