Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən bahalı brendi odur - "Apple"

Dünyanın ən bahalı brendinin adı açıqlanıb.

Bununla bağlı “Kantar” araşdırma şirkətinin analitikləri araşdrımalar aparıb.

Şirkətin hesabatlarına əsasən, Smartfonlar, kompüterlər və digər texnoloji avadanlıqlar istehsal edən Amerikanın “Apple” korporasiyası artıq ikinci ildir ki, dünyanın ən qiymətli brendi olub.

Eyni zamanda, “Brandz Top 100” ən dəyərli qlobal brendlər reytinqinə əsasən, 2023-cü ildə şirkətin brendinin ümumi kapitallaşması 7% azalaraq 880 milyard dollar təşkil edib.

Reytinqdə ikinci yerdə daha bir ABŞ şirkəti – “Google” qərarlaşıb. İl ərzində onun brendinin kapitallaşması “Apple” şirkətindən daha çox – 30% azalaraq 577,7 milyard dollar təşkil edib. Qlobal liderlər üçlüyünü “Microsoft” transmilli şirkəti (-18%, 501,9 milyard dollara qədər) tutub.