Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanı aclıq gözləyir, Ukraynanın 4,5 milyon ton taxılı isə limanda kiflənir

“Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir”.

Bunu “DPA” agentliyinə müsahibəsində BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik deyib.

Onun sözlərinə görə, problem liman çıxışlarının və dəniz zolaqlarının bağlanmasıdır: “Dünyada Ukraynadan gətirilən ərzaqlara təcili ehtiyac var. Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilməz”.

O həm Ukrayna sakinlərini ərzaqla təmin etməyə, həm də qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb.