Dünyada “Meymun çiçəyi”nə yoluxma sayı – İLK STATİSTİKA
21 May 2022
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 37 “Meymun çiçəyi”nə yoluxma hadisəsinin olduğunu açıqlayıb.
Bu barədə ÜST-ün sözçüsü Tarik Yazareviç bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi təşkilat “Meymun çiçəyi”nə yoluxma hadisəsindən xəbərdardır, ehtimal edilən daha 71 hadisə araşdırılır.
UST rəsmisi bütün ölkələri bununla bağlı müvafiq prosedurlara əməl etməyə çağırıb.
Tarik Yazareviç əlavə edib ki, bir qayda olaraq, sözügedən xəstəliyinin simptomları bir neçə həftə ərzində yox olur, lakin bəzi hallarda onlar tibbi fəsadlara və hətta ölümə səbəb ola bilər.