Dünya taxıl böhranından xilas ola bilər - Türkiyə, Ukrayna və Rusiya arasında razılaşma var
06 İyun 2022
Ukrayna, Rusiya və Türkiyə Odessadan taxıl yüklü ukraynalı gəmilərin çıxarılması ilə bağlı ilkin sxemi razılaşdırıblar.
Məlumata görə, Ukraynanın ərazi sularında minatəmizləmə ilə Türkiyə hərbçiləri məşğul olacaq. Bununla yanaşı, türkiyəli hərbçilər gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Burada onları Rusiya gəmiləri qarşılayaraq İstanbul boğazına qədər müşayiət edəcəklər.
Hələlik sxem yalnızca Odessa üçün razılaşdırılıb.
Bildirilir ki, “yol xəritəsi” artıq iyunun 8-9-u təsdiq ediləcək. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcək.
Bu təşəbbüs çərçivəsində dünya bazarlarına 20 milyon ton taxıl çıxarılması planlaşdırılır.