Dünya çempionatlarının rekordçusu vəfat edib
01 Mart 2023
Fransa millisinin sabiq futbolçusu Jyust Fonten dünyasını dəyişib.
"Frans Press" agentliyi xəbər verir ki, keçmiş hücumçu 89 yaşında vəfat edib.
Qeyd edək ki, Jyust Fonten bir dünya çempionatında ən çox qol vuran oyunçudur. O, 1958-ci ildə baş tutmuş mundialda 13 dəfə fərqlənməyə müvəffəq olub.
Həmin turnirdə Fransa seçməsi bürünc medal qazanmışdı.