Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət qurumundan həkimlərə xəbərdarlıq: “Məsuliyyətə cəlb olunacaqlar...”

“Bioloji aktiv qida məhsulları dərman vasitəsi deyil və xəstəliklərin müalicəsində istifadə edilə bilməz. Həmin məhsullar sadəcə qida rasionunu zənginləşdirir”.

Pressklub.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  məlumat verilib. Məlumatda bildirilir ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə görə yanvarın 1-dən həmin məhsulların istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunur. Agentlik tərəfindən bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarət gücləndirilib və tibbi reseptlərdə həmin məhsulları dərman vasitəsi kimi qeyd edən həkimlər inzibati məsuliyyətə cəlb olunacaq.