Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamentindən bəyanat: “Krım Ukraynadır!”

“Amerika Birləşmiş Ştatları Ukraynanın Krım bölgəsini ilhaq etməsini heç vaxt tanımayacaq”.


Pressklub.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin 26 yanvar tarixli bəyanatında belə deyilir.


Bəyanatda daha sonra bildirilir ki, doqquz il əvvəl Rusiya Ukraynaya hücum edərək Krımı ələ keçirib:


“Bu, beynəlxalq hüququn, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması idi. ABŞ Ukraynanın Krım Platformasının dünyanın diqqətini davam edən Rusiya işğalına yönəltmək səylərini alqışlayır.


ABŞ yarımadanın Rusiyaya anneksiyasını tanımır və heç vaxt tanımayacaq. Krım Ukraynadır”.