Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dövlət Departamentində yeni sözçü - Ned Praysı Metyu Miller əvəz etdi

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri daha əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışmış və Ukrayna ilə bağlı məsələlər üzrə işləmiş Metyu Miller olacaq.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilib.

“Bu gün mən Metyu Milleri Dövlət Departamentinin növbəti sözçüsü təyin edirəm”, - Blinken bildirib.

O qeyd edib ki, Miller Rusiyanın Ukraynaya hərbi təcavüzü başladıqdan sonra MTŞ-də işləyib və xüsusən də ABŞ administrasiyasının “Ukraynanın suverenliyini və müdafiəsini dəstəkləmək” məqsədi daşıyan kommunikasiya və informasiya sferasında işinə cavabdeh olub.

Blinkenin sözlərinə görə, Miller “xarici siyasəti dərindən anlayır”. O həm də ABŞ Ədliyyə Nazirliyinin keçmiş sözçüsüdür.

Bundan əvvəl Ned Prays Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub. O, idarədə başqa işə keçib.