Dövlət Departamenti: Rusiya öz qonşularının ərazi bütövlüyünə hörmət edən ölkə deyil
14 Sentyabr 2023
Çərşənbə günü ABŞ Ukraynanın işğal olunmuş ərazilərində "seçkiləri" tanımaqdan imtina etdiklərinə görə Rusiyanın bir çox ölkəyə, o cümlədən Azərbaycana qarşı iradlarına reaksiya verib.
“Son illərdə Rusiya bir sıra hərəkətlərilə sübut etdi ki, o, ərazi bütövlüyünə və suverenliyə hörmət edən dinc, sakit, sabit qonşu kimi güvənə biləcəyiniz ölkə deyil", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller brifinq zamanı Turan-ın müxbirinin sualının cavabında bildirib.
Həmin gün daha öncə Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində ötən həftə sonu keçirilən "seçkilər"in tanınmaması barədə bəyanatları ilə əlaqədar Azərbaycana etirazını bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın mövqeyini "qəbuledilməz və ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik xarakterinə uyğun olmayan" adlandırıb.
"Biz ona əsaslanırıq ki, Bakı bizim ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır, necə ki Azərbaycanın ərazi bütövlüyündən söz getdiyində Bakı bu hörməti bizdən gözləyir", - o əlavə edib.
“Ukraynanın işğal olunmuş ərazilərində Moskvanın keçirdiyi "saxta seçkiləri" beynəlxalq birlik, ilk növbədə “Böyük yeddilik " və Avropa İtttifaqı qətiyyətlə pisləyiblər. Çərşənbə günü "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirlərinin bəyanatında bildirilib ki, bu seçkilər Ukraynanın müstəqilliyinin və suverenliyinin növbəti dəfə pozulmasıdır. "Rusiyanın Ukrayna ərazisində bu cür hərəkətlər etməyə qanuni əsası yoxdur",-bəyanatda deyilir.
Öz növbəsində ABŞ keçən həftə vəd edib ki, Moskvanın Ukraynanın hər hansı bir suveren ərazisinə iddialarını "heç vaxt" tanımayacaq və saxta "seçkilərdə" əli olan hər kəsə sanksiya tətbiq edə bilər.
"Mən sanksiyalar qəbul edilməzdən əvvəl onları elan və ya anons etmək fikrində deyiləm", - Miller Turan-ın sualının cavabında deyib.